Sorğuya xoş gəlmişsiniz!

Hörmətli Xanım/Cənab,

Biz “Azərbaycanda Peşə təhsili və təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi" layihəsi çərçivəsində sizinlə əməkdaşlıq etmək istəyirik. Layihənin məqsədi peşə təhsili və təlimi (PTT) sistemi üzrə kompleks islahatların həyata keçirilməsinə köməklik etmək və Təhsil Nazirliyi yanında yeni təsis edilmiş Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək göstərməkdir.

NIRAS Konsorsiumuna işəgötürən təşkilatların maraq və ehtiyaclarını təhlil etmək tapşırılmışdır. 2017-ci ilin yanvar ayında icrası başlanan layihə 2019-cu ilin oktyabr ayına qədər davam edəcəkdır.

Sorğu anketi PTT praktikası ilə bağlı tərəfdaş təşkilatların mövqeyini öyrənməyə çalışır. Sorğu anketində kəmiyyət araşdırma metodu istifadə olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) ilə birlikdə Azərbaycanın təqribən 40 əsas işəgötürən təşkilatı müəyyən olunacaqdır.

Sizin üçün faydaları:

Biznes lideri olaraq siz PTT islahatı üzrə əsaslı Məsləhətləşmə Prosesi, o cümlədən yeni PTT haqqında Qanununun hazırlanması prosesinə cəlb olunacaqsınız. Bu yolla, siz bacarıq səviyyələri və biznes ehtiyaclarınız arasında uyğunluğun daha yaxşı təmin olunmasına dəstək verən alət kimi istifadə olunacaq çərçivənin (baza) yaradılması işini dəstəkləyə bilərsiniz.

Sizin töhfəniz:

Sorğu anketini doldurmaq sizin sadəcə təxminən 10 dəqiqə vaxtınızı alacaq. Əldə olunan sorğu anketləri təhlil olunacaq və emal olunan nəticələr sizə elektron poçt vasitəsilə təqdim olunacaq.

Yardım masası:

Suallarınız və kömək üçün yardım masası ilə əlaqə saxlaya bilərsiniz: Firdovsi Mütəllimov, PTT siyasəti və normativ-hüquqi baza üzrə ekspert, mob: +994 50 372 1257.

Zəhmət olmasa, bəli/xeyr cavabını tələb edən suallarda cavab variantlarından birini seçin. Bir neçə cavab variantı tələb edən suallarda bir və ya bir neçə xananı qeyd edə bilərsiniz. Əgər sualda istədiyiniz cavab variantı yoxdursa, zəhmət olmasa verilmiş müvafiq xanada qeyd edin.

Sorğuda iştirak etdiyinizə görə sizə dərin minnətdarlığımızı bildiririk!

T