Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması Proqramı
Bu sorğu Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması Proqramı üçün hazırlanmışdır. Proqram BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir və British Council tərəfindən icra edilir. Proqramın əsas məqsədi Bakıda yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediləcəklər. Əlilliyi olan şəxslərin iş imkanlarının artırılmasında maraqlı olan İşəgötürənləri/HR nümayəndələri 10 aprel, 2018-ci il tarixinədək bu sorğunu tamamlamağa dəvət edirik. Dəstəyiniz üçün təşəkkür edirik!